Ukrayna 62 hərbçisinin cəsədini geri aldı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna 62 hərbçisinin cəsədini geri aldı

Dünya

14 İyul 2023 15:19 1149


Ukrayna 62 hərbçisinin cəsədini geri alıb. 

Yenisabah.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko məlumat verib. 

O qeyd edib ki, ölən Ukrayna əsgərlərinin cəsədlərinin qaytarılması prosesi davam edir və bu proses Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.  pizza sifarişi

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!