Ukrayna dron hücumlarına məruz qaldı - Video

Ukrayna dron hücumlarına məruz qaldı - Video

Dünya Veb saytların hazırlanması

04 Dekabr 2023 22:59 804


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukraynanın Çerkası vilayətindən tutmuş Avropa ilə sərhəd olan bütün əraziləri dron hücumuna məruz qalıb. Gecədən səhərə kimi hava hücumları davam edib.

Qeyd edilib ki, hücumların əksəriyyətinin Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən qarşısı alınsa da, tələfat və dağıntılar olub.

Dağıntılarla bağlı hələ ki, məlumat yoxdur. Həmçinin bildirilib ki, Donetsk və Xerson vilayətləri istiqamətində Ukrayna Ordusu hücumlara cəhd edir:

“Xüsusilə də Baxmut istiqamətində hücuma keçərək qarşı tərəfi bir qədər geriyə otuzdurmağa çalışır. Bu hücum Ukrayna Ordusu tərəfindən dünən axşama kimi davam edib”.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!