Ukraynada 440 adsız məzar tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 440 adsız məzar tapıldı

Dünya

16 Sentyabr 2022 12:06 878


Ukraynanın Xarkov vilayətinin İzium şəhərində 440 nişansız məzar tapılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi tviter üzərindən məlumat yayıb. Nazirlik bildirib ki, ötən həftəsonu bölgə Rusiya qoşunlarından azad edildikdən sonra 440 adsız məzar aşkarlanıb. 

Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzi bu barədə bildirib ki, ruslar qaçdıqdan sonra tapılan nişansız məzarlar təzədir və orada basdırılan cəsədlər əsasən mülki şəxslərdir.  Marqarita pizza

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölümlərin səbəbi və dəfnlərin ətrafındakı şərait aydın deyil.

 “Lazımi prosessual hərəkətlər artıq başladılıb.”,- o qeyd edib.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!