Ukraynada sovet generalının abidəsi söküldü

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada sovet generalının abidəsi söküldü

Dünya

16 Avqust 2026 09:02 79


Ukraynanın Dnepr şəhərində Sovet İttifaqı Qəhrəmanı, general Vasili Marqelova ucaldılmış abidə sökülüb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Məlumata görə, sökülən abidənin yerində ukraynalı desantçılara həsr olunmuş yeni monument ucaldılacaq. Dnepr şəhər rəhbərliyi avqustun 14-də Marqelovun abidəsinin sökülməsi ilə bağlı qərar qəbul edib. Təşəbbüs şəhər icra komitəsi tərəfindən təsdiqlənib, daha sonra qərarı şəhər meri Boris Filatov imzalayıb. Sezar pizza

Qeyd edək ki, Vasili Marqelov Dnepropetrovskda (indiki Dnepr) anadan olub. O, 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Marqelov İkinci Dünya müharibəsi illərində Ukraynanın və Avropa ölkələrinin işğaldan azad edilməsində iştirak edib. Müharibədən sonra 20 ildən çox SSRİ Hava-Desant Qoşunlarına rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!