Universitetdə dərslər təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Universitetdə dərslər təxirə salındı

Sosial

21 Fevral 2025 15:21 286


Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində axşam dərsləri təxirə salınıb.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb hava şəraiti olub.

Ali təhsil müəssisəsi saytın sorğusuna cavab olaraq məlumatı təsdiq edib. pizza

Qeyd edilib ki, 16:00-dan sonra hava şəraiti ilə əlaqədar olaraq dərslər keçirilmir, axşam dərsləri isə təxirə salınıb.

Həmçinin ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə bağlı əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Bildirilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!