Nazirlikdən TikTok-da canlı yayım açanlarla bağlı   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən TikTok-da canlı yayım açanlarla bağlı XƏBƏRDARLIQ

Sosial

11 Noyabr 2026 10:28 215


Avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərin bu davranışı ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciətində bildirib.

Qeyd olunub ki, son dövrlər avtomobil idarə edərkən mobil telefondan istifadə edən, TikTok sosial şəbəkəsində canlı yayımlar açan sürücülərə tez-tez rast gəlinir. İnternet mağaza

Mərkəzin məlumatına görə, paytaxt yollarında baş verən qəzaların əsas səbəblərindən biri sürücü diqqətsizliyidir. Sükan arxasında olarkən diqqətin yoldan yayındırılaraq mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəldilməsi qəza riskini artırır.

Bildirilib ki, müşahidə kameralarının qeydə aldığı bir sıra yol-nəqliyyat hadisələrinin təhlili bəzi qəzaların məhz sürücülərin diqqətsizliyi nəticəsində baş verdiyini göstərir.

Vurğulanıb ki, sosial şəbəkələrdə izləyici və bəyənmə toplamaq, populyarlıq qazanmaq istəyi digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ata, hətta ölüm və ağır xəsarətlərlə nəticələnə bilər.

Mərkəz sürücüləri yollarda məsuliyyətli və diqqətli olmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!