Noyabrın 10-da Azərbaycanda polis əməkdaşları tərəfindən 37 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin edilib. Məişət texnikası
Axtarışda olan ümumilikdə 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 19-u borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 2 fakt müəyyən edilib.
Aytac Əliyeva
Telegram kanalımız