“Qalatasaray” klubunun sabiq hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara ətrafındakı qalmaqallara bir yenisi əlavə olunub. Vanda Naranın yeni sevgilisi Martin Migeles İkardiyə ünvanladığı sərt və hədə-qorxu dolu açıqlamaları ilə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, Martin Migeles açıqlamasında İkardiyə xəbərdarlıq edərək bildirib:
"Mən L-Gante deyiləm, Maksi Lopes də deyiləm. Mənimlə qarşıdurmaya girəcək gücün yoxdur. Ağzını dağıdaram! Mənimlə hörmətsizlik etmə. Sadəcə sənə xəbərdarlıq edirəm". Mauro İkardi isə bu hədələrə cavab olaraq sosial şəbəkələrdə və ya hüquqi müstəvidə "Şahidsiniz, məni təhdid edir" ifadələrini işlədib. İnternet mağaza
Tərəflər arasındakı bu gərginlik cütlüyün qızları Françeska ilə bağlı başlayan hüquqi proses fonunda daha da alovlanıb. Vanda Nara qızının İkardi tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edərək rəsmi şikayət edib. Argentinalı futbolçu isə prokurorluğa verdiyi ifadədə bu ittihamları qəti şəkildə rədd edib.
İkardinin vəkili Fransisko Oneto müvəkkilinin qızına qarşı heç bir zorakılıq törətmədiyini, Françeskanın dizindəki problemin əvvəllər aldığı menisk zədəsindən qaynaqlandığını iddia edib. Eyni zamanda, İkardi barəsində çıxarılan 45 günlük yaxınlaşmama və əlaqə saxlama qadağası qərarından apellyasiya şikayəti verildiyi və hüquqi prosesin davam etdiyi bildirilib.
Nazim Hacıyev
Telegram kanalımız