İngiltərənin paytaxtı Londonda metro maşinistlərinin tətili nəqliyyatda ciddi çətinliklər yaradıb. Bir sıra metro xətlərində qatarların hərəkəti dayandırılıb, sərnişinlər isə gecikmələrlə üzləşib.
“Yeni Sabah” xəbər verir ki, tətilə Dəmir Yolu, Dəniz və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqının üzvü olan metro maşinistləri qoşulub. Maşinistlər iş şəraiti ilə bağlı rəhbərliklə razılığa gələ bilmədikləri üçün etiraz aksiyası keçirirlər.
Noyabrın 26 və 27-də keçirilən tətil səbəbindən London metrosunun bəzi xətlərində qatarların hərəkəti dayandırılıb. Sərfəli qiymətə məhsullar
Qeyd edək ki, son günlər Qərbi Avropada dəmir yolu nəqliyyatında da oxşar problemlər yaranıb. Avropa ölkələri arasında sürətli qatar səfərləri təşkil edən “Eurostar” şirkəti də əməkdaşlarının qəfil tətilə başladığını açıqlayıb. Bu səbəbdən İngiltərə ilə Fransa arasında dəmir yolu əlaqəsində fasilələr yaranıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız