Özcan Deniz barəsində aparılan narkotik istintaqı çərçivəsində prokurorluqda verdiyi ifadəsində aylıq gəlirini və əmlakını bildirib.
“Yeni Sabah” xəbər verir ki, türkiyəli müğənni və aktyor aylıq qazancı 500 min türk lirəsidir (təqribən 16 min manat).
Onun adına 8 daşınmaz əmlak və 1 avtomobil var, fond və birjada hesabı yoxdur. İnternet mağaza
Təxminən 35 ildir sənət fəaliyyəti ilə məşğul olduğunu bildirən Özcan Deniz 2 ilə yaxındır ürək xəstəliyindən əziyyət çəkdiyini və həkim təyinatı ilə dərman qəbul etdiyini deyib.
Müğənni saxlanılmasının onu çox üzdüyünü, qan və saç analizlərinin nəticələrinin həqiqəti ortaya qoyacağına əmin olduğunu bildirib.
Ö.Deniz narkotik istifadə etmədiyini, satmadığını və satışına vasitəçilik etmədiyini deyərək ittihamları qəbul etmədiyini vurğulayıb.
Aydan Hacı
Telegram kanalımız