Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) evində gizlənən şəxsin kimliyi məlum olub.
“Yeni Sabah” xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.
Müəyyən edilib ki, axtarışda olan şəxs bilə-bilə həmin evdə gizlədilib. ShopByBro
Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.
Qeyd edək ki, Ə.Hüseynovla F.Cəlilovanın qohumluq əlaqələri olmayıb.
Telegram kanalımız