Vaqif Əsədovun vaxtı çatdı

saytların hazırlanması

Evə çatdırılma

Vaqif Əsədovun vaxtı çatdı

Sosial

09 İyun 2022 09:03 1998


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.

Demokrat.az xəbər verir ki, bu gün V.Əsədovun xidmət müddətinin sonuncu günüdür. 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayacağı gözlənilir. Ehtimal edilir ki, o, təqaüdə göndəriləcək. Dördpendirli pizza

Əslində isə xidmətdə olmanın son yaş həddi ötən il başa çatmışdı, lakin V.Eyvazovun əmri ilə V.Əsədov 1 il də xidmətdə saxlanılıb.

Qeyd: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!