“Vaqner” Baxmutu tərk edir - Komandir danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner” Baxmutu tərk edir - Komandir danışdı

Dünya

05 May 2023 13:45 590


“Sursat çatışmazlığı səbəbindən “Vaqner” qruplaşması mayın 10-da Baxmutdan çıxacaq və mövqelərini Rusiya ordusuna təhvil verəcək”. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin “Telegram” kanalında məlumat verib. 

Xatırladaq ki, muzdlu qruplaşmanın rəhbəri bundan öncə dəfələrlə müdafiə naziri Sergey Şoyqu ilə Baş qərargah rəisi Valeri Gerasimov barəsində sərt çıxışlar edib.  Sezar pizza

O, hətta ötən gün Ukraynada öldürülən “Vaqnerçilər”in fonunda video çəkib və Rusiya ordusunun ali rəhbərliyini sursatla təmin edilməməkdə günahlandırıb. 

“Bunlar kiminsə ataları, kiminsə oğullarıdır. Bizə döyüş sursatı verməyənlər isə cəhənnəmdə yanacaqlar. Bizdə 70% sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursat haradadır, əclaflar?” - “Vaqner”in rəhbəri deyib. 

Qeyd edək ki, “Vaqner” özəl hərbi təşkilatdır və Rusiya hakimiyyəti tərəfindən maliyyələşir. Təşkilat 2022-ci ildə həbsxanalardan məhbusları kütləvi şəkildə sıralarına daxil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!