“Vaqner” Rusiyanın helikopterini vurdu 

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner” Rusiyanın helikopterini vurdu 

Dünya

24 İyun 2023 09:40 641


"Vaqner" muzdluları Moskva şossesində onlara hücum edən helikopteri məhv edib. 

Yenisabah.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.

O, 25 min döyüşçünün ölməyə hazır olduğunu deyib. Pepperoni pizza

“Bir daha xəbərdarlıq edirəm ki, biz bunu təhlükə kimi qəbul edib, ətrafdakı hər şeyi məhv edəcəyik. Bizi məhv etmək olmaz. Hədəflərimiz var, hamımız ölməyə hazırıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Yevgeni Priqojinin teleqram kanalında bir neçə səs yazısı yerləşdirilmişdi. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Y.Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib.

Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!