Vasif Tağıyev xəstəxanadan evə buraxıldı 

saytların hazırlanması

Evə çatdırılma

Vasif Tağıyev xəstəxanadan evə buraxıldı 

Sosial

10 Fevral 2023 14:06 907


İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev artıq xəstəxanadan evə buraxılıb. 

Bu barədə Pravda.az-a V.Tağıyevin anası Təranə Tağıyeva məlumat verib.

“Vasif yavaş-yavaş yaxşılaşır. Demək olar, yaraları sağalır. Amma hələ ki danışa bilmir. Ağzında dəmirlər var. Yəqin ki dörd-beş günə dəmirləri sökəcəklər, bundan sonra Allahın izni ilə daha yaxşı olar. Hazırda evdədir. Əhvalı yaxşıdır. Bəzən halbahal olur. Kimləsə çox söhbət edəndə, birdən halı pisləşir. Amma Allaha şükür, ümumi səhhəti qaydasındadır”, - T.Tağıyeva bildirib.  pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!