Vaşinqton BMT-nin baş katibindən narazıdır

saytların hazırlanması

Evə çatdırılma

Vaşinqton BMT-nin baş katibindən narazıdır

Dünya

13 Aprel 2023 12:06 647


Vaşinqton hesab edir ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın maraqlarını həddindən artıq nəzərə alıb. ABŞ-dan sızan məxfi sənədlərin araşdırılmasından sonra belə bir nəticəyə gəlinib. Həmin sənədlərə görə, Vaşinqton Antonio Quterreşə casusluq edirdi. 

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, sənədlərdən biri ötən ilin iyulunda BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanmış “Qara dəniz taxıl müqaviləsi”nə yönəlib. 

Sənədə görə, Antonio Quterreş sövdələşmənin saxlanmasında o qədər maraqlı olub ki, o, hətta Rusiyanın maraqlarını nəzərə almağa hazır olub. Dominos pizza

“Quterreş Rusiyanın ixrac imkanlarını yaxşılaşdırmaq səylərini vurğuladı, hətta buraya sanksiyalara məruz qalan Rusiya qurumları və fiziki şəxsləri də daxil olsa belə...”, - sənəddə deyilir.

Sənəddə, həmçinin, qeyd olunub ki, BMT baş katibinin hərəkətləri Moskvanın məsuliyyətə cəlb edilməsi səylərinə zərbə vurub.

Məlumatı şərh edən yüksək rütbəli məmur isə deyib ki, BMT rəhbəri sözləri müharibənin dünyanın ən yoxsul təbəqəsinə təsirini yumşaltmaq zərurətindən irəli sürüb.

Rusiya dəfələrlə beynəlxalq sanksiyaların Rusiyanın taxıl və gübrə ixracına təsir etdiyini bildirib və məsələlər həll olunana qədər “taxıl müqaviləsi” çərçivəsində əməkdaşlığı dayandıracağı ilə hədələyib.

BBC-nin məlumatına görə, BMT rəsmiləri Quterreşin ABŞ-ı müdafiə etmək səylərindən narazıdırlar. Lakin, BMT baş katibinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına mənfi münasibətini çox açıq şəkildə ifadə etdiyini də vurğulayıblar.

Başqa bir sənəddə isə Quterreş və onun müavini Əminə Məhəmməd arasında söhbət təsvir edilir. Burada Quterreş Avropa Komissiyası prezidentinin daha çox silah istehsal etmək çağırışından məyus olduğunu bildirib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də BBC-yə bildirib ki, ABŞ hökuməti sızmanın mənbəyini müəyyən etməyə çalışır.

Xatırladaq ki, bir neçə gün əvvəl sızan sənədlərdə Ukrayna, Çin və ABŞ-ın müttəfiqlərində davam edən müharibə ilə bağlı məlumatlar var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!