Vergi ödəyirsiniz, amma BUNU da etməlisiniz –   DİQQƏT!

saytların hazırlanması

Evə çatdırılma

Vergi ödəyirsiniz, amma BUNU da etməlisiniz – DİQQƏT!

İqtisadiyyat

25 Avqust 2026 10:21 53


Qum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisinin mədən vergisi üzrə öhdəliyi ilə bağlı məsələyə aydınlıq gətirilib.

"Yeni Sabah" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

Qeyd olunub ki, mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Vergi ödəyicisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq mədən vergisi bəyannaməsini vergi orqanına təqdim etməli və hesablanmış vergini büdcəyə ödəməlidir. Dominos pizza

Sorğuya cavab olaraq bildirilib ki, sahibkarın əlavə fəaliyyət növü kimi sənaye və tikinti üçün qum və çınqıl hasilatı ilə məşğul olması onun mədən vergisi üzrə öhdəlik yaratmasına səbəb olur.

Beləliklə, vergi ödəyicisi əsas fəaliyyətinə görə 2 faizlik sadələşdirilmiş vergi ödəyicisi olsa da, qum və çınqıl hasilatına görə hər ay mədən vergisi bəyannaməsi təqdim etməli və hesablanmış vergini büdcəyə ödəməlidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!