Bu gün Prezident İlham Əliyev Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.
"Yeni Sabah" xəbər verir ki, sərəncama əsasən, general-mayor Babək Ələkbərov “general-leytenant” ali hərbi rütbəsinə layiq görülüb.
Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. Dördpendirli pizza
Atası Mürsəl Ələkbərov Hamamlı rayonunun Saral kəndində anadan olub. Anası isə Kalinino rayonunun Molla Eyyublu kəndində anadan olub.
Ailəlidir, 3 övladı var.
Babək Ələkbərov 2003–2006-cı illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. O, xidmətə Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində başlayıb.
2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. 2 fevral 2024-cü il tarixli Sərəncamla "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
“General-leytenant” ali hərbi rütbəsi almış ikinci şəxs Aqşin Ramiz oğlu Məhərrəmovdur.
O, 14 avqust 1982-ci ildə Xaçmaz şəhərində ziyalı ailəsində anadan olub.
1988-1999-cu illərdə Xaçmaz şəhəri, 45 saylı (indiki Abamüslüm Səlimov adına 7 saylı) tam orta məktəbində on bir illik təhsil alıb.
1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə sərhəd qoşunları ixtisası üzrə daxil olub və 2003-cü ildə Sərhəd ixtisası üzrə leytenant hərbi rütbəsi alaraq, ali təhsilini başa çatdırıb. 2003-cü ildən etibarən Dövlət Sərhəd Xidmətinin müxtəlif təyinatlı hərbi hissələrində müvafiq vəzifələrdə xidmət edib.
İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Aqşin Məhərrəmova “general-mayor” ali hərbi rütbəsi verilib. O bu yüksək rütbəyə 38 yaşında layiq görülüb.
A.Məhərrəmov 22 iyun 2023-cü ildə Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyevin 17 avqust 2023-cü il tarixli 4042 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
İl ərzində Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş döyüş tapşırıqlarını icrası nəzərə alınaraq Aqşin Məhərrəmov Prezident İlham Əliyevin 17 avqust 2023-cü il tarixli 4042 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Nazim Hacıyev
Telegram kanalımız