Vuçiçdən Mladiçin ölümü ilə bağlı   SENSASİON İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Vuçiçdən Mladiçin ölümü ilə bağlı SENSASİON İDDİA

Dünya

29 Avqust 2026 23:15 102


Haaqa məhkəməsi Bosniya serbləri ordusunun keçmiş komandanı, general Ratko Mladiçin Serbiyada ölməsinə qəsdən imkan verməyib.

"Yeni Sabah" TASS-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç bildirib.

"Onlar onun özünün istədiyi kimi Serbiyada ölməsini istəmirdilər. Bu, görünməmiş, qeyri-sivil bir addımdır. Bu günlərdə region ölkələrindən, ölkə daxilindən və bütün dünyadan ən güclü təzyiqlə üzləşirəm", - deyə Vuçiç Osçina bələdiyyəsinə səfəri zamanı jurnalistlərə bildirib. Marqarita pizza

Vuçiç həmçinin bildirib ki, Mladiçin ailəsi istəsə, Belqrad onun layiqli dəfnini təşkil edəcək.

"Zəmanət verə bilərəm ki, ailəsi onun Serbiyada dəfn olunmasını istəyərsə, biz bunu layiqli şəkildə təşkil etməyə kömək edəcəyik", - deyə o bildirib.

Mladiç avqustun 27-də Haaqadakı BMT həbsxanasında vəfat edib. Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının hakim "Müstəqil Sosial-Demokratlar İttifaqı" partiyasının sədri Milorad Dodik onun həbsdə ölümünü qəsdən törədilmiş qətl adlandırıb. Serbiyanın ədliyyə naziri Nenad Vuyiç isə bildirib ki, Belqrad generalın dövlət təntənəsi ilə dəfnini təşkil edəcək, lakin dəfn yerinə dair qərarı onun ailəsi verəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!