Vüsal Aslanov yeni təyinatlar etdi

saytların hazırlanması

Evə çatdırılma

Vüsal Aslanov yeni təyinatlar etdi

Sosial

31 İyul 2026 10:07 221


"Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla bildirir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub. Toyuqlu pizza

Digər əmrlə, Rəşad İbrahimov QSC-nin Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Qurbanova ötən ilin may ayından etibarən Bakı metrosunda çalışır. O, indiyədək həmin şöbədə menecer işləyib. R.Rzayev isə yeni təyinatdan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!