Xalq artisti: 81 yaş nədir ki?!

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: 81 yaş nədir ki?!

Şou

01 Oktyabr 2026 15:43 108


“Özümü 52 yaşında hiss edirəm. Hamı yaşımı soruşur. Mənim yaşımı neynirsiniz? Əsas sənətimdir”.

"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Xalq artisti Cavan Zeynallı deyib.

O, doğum günü ilə bağlı saysız-hesabsız təbriklər aldığını bildirib: pizza

“81 yaş nədir ki?! Adam var, 100 il yaşayır. Qohumlarım gəldi, yaxşı yeməklər bişirib gətirmişdilər. Oturduq, yedik-içdik, mahnı oxuduq, istədiyimiz kimi əyləndik. Məcliisimiz çox gözəl keçdi.

Mən həmişə cavanam. Yaşımı demək istəmirəm. Çünki insanlar əvvəlki kimi deyil, dəyişiblər. Bəzi adamlar sənətkarların qocalmasına sevinir, onların tez ölməsini arzulayırlar. Xəstədirlər, hər kəs öz yerinə ölür”.

C.Zeynallının sözlərinə görə, getdiyi hər məclisdə ona hörmət göstərilir:

“Məclislərdə məni görürlər, deyirlər ki, “sizi çox sevirik”. Baxıram, heç birini tanımıram. Gəzmədiyim ölkə qalmayıb, məni bütün dünya tanıyır. Sənətim, mahnılarım... Cavan Zeynallının sənəti var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!