Xameneinin olduğu yer belə tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin olduğu yer belə tapılıb

Dünya

02 Mart 2026 12:16 1307


İranın Ali Lideri Ayətullah Əli Xameneinin fevralın 28-i səhər saatlarında öldürüldüyü açıqlanmışdı.

“Yeni Sabah” Modern.az-a istinadla bildirir ki, bu, ABŞ və İsrailin hadisədən cəmi bir neçə saat əvvəl əldə olunmuş mühüm kəşfiyyat məlumatından istifadə etməklə mümkün olub.

Kəşfiyyatlar bir neçə ay ərzində yüksək vəzifəli iranlı şəxslərin görüş üçün toplaşa biləcəyi anı gözləyiblər. Müəyyən edilib ki, Xamenei şənbə günü səhər saatlarında Tehranın mərkəzində yerləşən bina kompleksində olacaq. Dominos pizza

Bir neçə ay boyunca ABŞ və İsrail İranın Ali liderinin hərəkətlərini izləyib.

Bunun üçün istifadə edilən dəqiq üsullar məxfi saxlanılır. Lakin ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdəki paylaşımlarının birində buna dolayı yolla işarə edib.

“Onun bizim kəşfiyyat və yüksək texnoloji izləmə sistemlərimizdən yayınması mümkün olmadı”, - deyə Tramp bildirib.

Ehtimal olunur ki, Liderin yeri digər dövlət rəsmilərinin izlənməsi hesabına müəyyən edilib. Uzunmüddətli izlənmə nəticəsində Xamenei və ətrafındakıların davranış modeli cızılıb. Eyni zamanda İran elitasının manevrlərində zəif nöqtələr aşkarlanıb. ABŞ və İsrailin bu məqsədə çatması həm yüksək texnologiyalar həm də İran dövlət təmsilçilərinin zəif qorunması hesabına mümkün olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!