Xarici ticarətdə böyük sıçrayış

saytların hazırlanması

Evə çatdırılma

Xarici ticarətdə böyük sıçrayış

İqtisadiyyat

15 Sentyabr 2026 17:51 90


Cari ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 238,39 milyon ABŞ dollarına çatıb.

“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici öyrənilən dövr üçün ötən illə müqayisədə 3,5 faizlik artım deməkdir.

Hesabat dövründə ixracın həcmi 27,8 faiz artaraq 21 815,04 milyon dollara yüksəldiyi halda, idxal əməliyyatları 24,1 faiz azalaraq 11 423,35 milyon dollar təşkil edib. Marqarita pizza

 İxracın idxalı üstələməsi nəticəsində xarici ticarətdə 10 391,69 milyon dollarlıq müsbət saldo formalaşıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 5,16 dəfə çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!