“Xatəmül-Ənbiya”: Hörmüz bizimdir, bizim qalacaq

saytların hazırlanması

Evə çatdırılma

“Xatəmül-Ənbiya”: Hörmüz bizimdir, bizim qalacaq

Dünya

13 İyul 2026 17:56 74


İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə vermir və heç vaxt da buna icazə verməyəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zolfoqari deyib.

O bildirib ki, İran ABŞ ordusu tərəfindən tankerlərin və ticarət gəmilərinin tranzitinə yaradılacaq hər bir maneə və təhlükənin qarşısını qətiyyətlə alacaq. pizza sifarişi

Bundan başqa, İran tərəfindən təyin olunan marşrutların xaricində hərəkət edən və ordunun icazəsi olmadan üzən gəmilərə ciddi cavab veriləcəyi xüsusi vurğulanıb.

“Region ölkələrinin rəhbərlərinə xəbərdarlıq edirik: Amerika ordusuna göstərilən hər cür logistik dəstək və əməkdaşlıq İranın suverenliyinə və milli təhlükəsizliyinə qarşı müharibə kimi qiymətləndiriləcək. Müharibə genişlənsə, onun atəşi bütün regionu əhatə edəcək”, - Zolfoqari qeyd edib.

O vurğulayıb ki, regionda münaqişənin yayılması və təhlükəsizliyin pozulmasının məsuliyyəti ABŞ-ın və ABŞ ordusu ilə əməkdaşlıq edən ölkələrin üzərindədir.

ABŞ Prezidenti Tramp ABŞ-ın Hörmüz boğazına nəzarət edəcəyini və bunun müqabilində pul alacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!