Son aylar xeyli çəki ataraq tamamilə dəyişən müğənni Xatirə İslam arıqlamağının səbəbini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, “Maqazin Plyus” proqramına danışan ifaçı pəhrizlə arıqladığını desə də, pəhrizini heç kimlə bölüşmək istəmədiyini bildirib:
“İkinci dəfə ana olmaq istəyirdim. Bunun üçün dərmanlar qəbul etdim. Onlar çox ziyanlı idi. Hormonal iynələrdən sonra çox kökəlmişdim. O da məni depressiyaya saldı. Əməliyyatsız, pəhrizlə 15 kiloqram arıqladım. Bu xüsusi pəhrizimdir. Nədən ibarət olduğunu isə deməyəcəyəm”. pizza hut
Kök olanda həvəssiz olurdum. Əlimə nə gəlirdi, onu da geyinirdim. Amma arıqlayandan sonra insan bahalı paltarlar geyinmək istəyir. İstəyir ki, markalardan geyinsin.
Geyimimə hər zaman diqqət edənəm. Arıqlayandan sonra qarderobumu dəyişdirdim”.
Telegram kanalımız