Müğənni Xatunun anası ilk dəfə efirə çıxıb.
Yenisabah.az xəbər verir ki, qızı Xatunla birgə “Zaurla Günaydın” proqramına qatılan Firəngiz xanım gözyaşlarına hakim ola bilməyib.
Xatun qardaşı Balaşın ölümündən sonra anasının kövrək olduğunu bildirib: pizza mizza
“Anam ilk dəfədi efirə çıxıb, razılıq verib. Anam Balaşdan sonra çox həssas olub. Sonbeşiyi idi. Allah heç kimə övlad dağı göstərməsin. Biz şou-biznesdə olsaq da, deyib-gülsək də anamın dərdi dərddir. Bəzən bizi başa düşmürlər, qınayırlar, heç nə deyə bilmirsən, susursan”.
Firəngiz ana oğlu üçün çox darıxdığını bildirərək hönkür-hönkür ağlayıb:
“Balaş çox çalışıb, bizə baxıb. Bacılarına, bacısı uşaqlarına baxıb. Allah mənim başıma daş saldı. Mən onsuz qala bilmirəm, o mənim hər şeyim idi...”
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız