Xəstə canla getdi - Xoşqədəm atası barədə

saytların hazırlanması

Evə çatdırılma

Xəstə canla getdi - Xoşqədəm atası barədə

Şou

07 İyun 2025 13:48 763


Xoşqədəm Hidayətqızı bu gün vəfat edən atası ilə paylaşım edib.

Yenisabah.az xəbər verir ki, Əməkdar jurnalist "Instagram"da bu sözləri yazıb:

“Bu dünyadan bir kişi adam kimi adam gelib keçdi. Yurd həsrətiylə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi, amma getdi Mənimlə getmək istədi yurduna... Qırılmış qəlbim imkan vermedi arzusu gerçəkləşsin. İndi çox üzgünəm, fotoda yanında deyiləm deyə bağışla məni, ata, iki arzunu həyata keçirə bilmədim... Məndən asılı olmayan səbəblərdən. Ürəyimdə böyük bir yara kimi qaldı Sən mənim yer üzündəki Allahım idin, sən mənim qoruyucu dağım idin, Allahdan sonra tək sığındığım limanım idin, bağışla səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!