Ben Qurion Universitetində aparılan yeni araşdırma göstərib ki, xoşbəxt və möhkəm münasibətlərin əsasında düşünüldüyü qədər mürəkkəb qaydalar dayanmır.
“Yeni Sabah” məlumat verir ki, cütlüklərin birlikdə televizora baxması və bu zaman söhbət etməməsi münasibətlər arasındakı bağı gücləndirən əsas amillərdən biri hesab olunur.
Tədqiqatçılar araşdırma çərçivəsində 84 cütlüyün birlikdə vaxt keçirmə vərdişlərini və bunun münasibətlərdən məmnunluğa təsirini izləyiblər. pizza sifarişi
Nəticələr göstərib ki, romantik sürprizlər, şam işığında şam yeməyi və ya bahalı hədiyyələr xoşbəxt evlilik üçün vacib şərt deyil. Müntəzəm olaraq birlikdə film və ya serial izləyən cütlüklər münasibətlərinin daha möhkəm olduğunu və özlərini bir-birlərinə daha yaxın hiss etdiklərini bildiriblər.
Tədqiqatçılar qeyd ediblər ki, paylaşılan reallıq yaxınlığı və əlaqəni artırır. Bunu gücləndirməyin yollarından biri də birlikdə televiziya izləməkdir. Ortaq gülüş, emosional anlar və fiziki yaxınlıq kimi təcrübələr münasibəti dəstəkləyə bilər”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız