Xoşqədəm: Demirsən, obyekt mənimdir, çıx obyektimdən!

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm: Demirsən, obyekt mənimdir, çıx obyektimdən!

Şou

23 Dekabr 2024 12:01 825


Xoşqədəm Hidayətqızının adında dələduzluq olunub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə Əməkdar jurnalist “Günaydın, Azərbaycan!” verilişində danışıb.

O bildirib ki, onunla şəkil çəkdirən bir şəxs qurduğu biznes üçün aparıcının adından istifadə edib: Marqarita pizza

“2012-2013-cü il idi. Moskvadan Bakıda gəlirdim. Hava limanında təyyarəyə minərkən vergilərdən mənə zəng gəldi. Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz? Dedim, nəyin vergisini, mənim obyektim var? Cavab verdi ki, bəli, sizin Yasamal rayonunda obyektiniz var. Dedim ki, səhv məlumatdır, heç bir obyektim yoxdur.

Bakıya gələn kimi ilk işim bu məsələni araşdırmaq oldu. Məlum oldu ki, bir yerlim Yasamalda obyekt açıb. O şəxslə də səhvən toyda şəkil çəkdirmişəm. Hər yerdə həmin fotonu göstərib deyir ki, bu ikimərtəbəli obyekt Xoşqədəm Hidayətqızınındır.

Obyektin yerini tapdım. Avtomobildən düşən kimi oradalı şəxslərə dedim, çıxın obyektimdən. Durub üzümə baxırdılar. Dedim ki, çıxın! Hər yerdə adımı çəkirsən, demirsən, obyekt mənimdir, qardaş, gəlmişəm, indi də çıx obyektimdən”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!