Xoşqədəm onu  ziyarət etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm onu ziyarət etdi - Video

Şou

21 Mart 2026 18:14 654


"Bu bayram günündə əlini öpüb təbrik edə biləcəyiniz ata-ananız varsa, nə xoş sizin halınıza. Mənim isə ilk bayramımdır ki, onlarsız keçir".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Aparıcı bir müddət əvvəl sığınacağa yerləşdirdiyi qadını ziyarətə yollanıb. Hidayətqızı müğənni həyat yoldaşı Doğuş və əkizləri Arda ilə Arının yer aldığı həmin görüntüləri sosial şəbəkədə paylaşıb:

"Bu gün yuxudan oyananda gözüm onları axtardı. Bu boşluğu bir az da olsa, sığınacağa yerləşdirdiyim Zöhrə ana və onun kimi yaşlı ata-analarımız doldurdu. Onların duası, sevgisi insanın ürəyinə toxunur. Bu gün yalnız yaşlılarımızı deyil, sığınacaqdakı balalarımızı da ziyarət etdim. Görüşümüz çox səmimi və gözəl keçdi. Birlikdə oynadıq, güldük, yemək yedik. Həqiqətən unudulmaz bir gün oldu. Bayramınız mübarək. Sevdiklərinizin qədrini bilin, onları təbrik edin… Sonra gec ola bilər"/axşam.az Dördpendirli pizza

  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!