Xoşqədəmin verilişi də bağlanır? 

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəmin verilişi də bağlanır? 

Şou

07 Yanvar 2024 14:36 979


ATV kanalında Zaur Baxşəliyevin verilişinin bağlanacağı haqda xəbərlərin ardınca Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin də (ARB kanalı) yayımının dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən ARB Media Qrupunun mətbuat katibi Mail Əsgərov bildirib ki, verilişin bağlanılması ilə bağlı iddialar əsassızdır. 

“Bu şayiədir. Hər bir verilişin bağlanması ilə bağlı qərarın əsaslı səbəbləri olmalıdır. “Səni axtarıram” verilişinin bağlanılması üçün isə heç bir səbəb yoxdur. Verilişin yayımı zamanı hər hansı ciddi problem və efir səhvi qeydə alınmayıb”, - M.Əsgərov vurğulayıb.  pizza mizza

Qeyd edək ki, tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyev müəllifi olduğu proqramların bağlanacağını deyib. Məlumatı təsdiq edən ATV rəsmisi bildirib ki, verilişlərin bağlanması ATV-nin yayım siyasəti ilə yox, Zaur Baxşəliyevin ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşması ilə əlaqəlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!