Xumar Qədimova: “Gel gör beni aşk neyledi”

saytların hazırlanması

Evə çatdırılma

Xumar Qədimova: “Gel gör beni aşk neyledi”

Şou

14 Sentyabr 2021 09:47 1698


Xumar Qədimova yaradıcılığında klassik poeziya nümunələrinə bəstələnən əsərlər xüsusi yer tutur. Buna misal kimi İmadəddin Nəsimi, Almas İldırım, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Araz, Xəlil Rza və Nazim Hikmətin adlarını çəkmək olar.

Yenisabah.az xəbər verir ki, Əməkdar artist bu silsilədən olan Yunus Əmrənin “Gel gör beni aşk neyledi” mahnısını sevənlərilə bölüşüb.

“Azərbaycan klassikləri kimi, türk klassiklərinə də sevgim böyükdür. Bu mahnını illər əvvəl oxumuşam, Türkiyədəki konsertimdə də ifa etmişəm. Çoxdanki arzum idi sevənlərimlə, dinləyicilərimlə də bölüşüm, nəhayət təqdim etdim. Yunus Əmrənin digər bir şeirinə də mahnı bəstələmişəm. Onu da yaxınlarda təqdim etməyi düşünürəm”- deyə Qədimova bildirib. pizza mizza

Qeyd edək ki, Türk dili və mədəniyyətinin təməl daşlarından biri olan Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar 2021-ci il UNESCO tərəfindən “Yunus Əmrə və Türk Dili İli” elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!