“Ya Rəbb, bunu kim yeyir, bilmirəm” - Lukaşenko

saytların hazırlanması

Evə çatdırılma

“Ya Rəbb, bunu kim yeyir, bilmirəm” - Lukaşenko

Dünya

18 Noyabr 2022 17:16 944


Belarus prezidenti Aleksandr Lukaşenko “McDonald's”ın Belarus bazarından çıxarılmasını dəstəkləyib.

Yenisabah.az “BelTA”ya istinadla xəbər verir ki, o, bunu inkişaf üçün fürsət kimi görür.

“Mən sizə deyirəm, yeyin, amma sadəcə öz yeməyinizi yeyin, xarici malları yeməyə tələsməyin. Bu gün bəziləri, xüsusən gənclər və yəqin ki, orta yaşlı və bəlkə də daha yaşlı əhali arasında aktual bir mövzudur. Onlar gileyklənirlər ki, “Ah, McDonald's gedir” və s. Mən isə əksinə, Tanrıya təşəkkür edirəm ki, onlar buradan çıxırlar”. pizza

Prezident əlavə edib ki, belarusların “McDonald's”ın hazırladığı təamlardan daha yaxşısını bişirə bilərlər:

“Sizcə, onlar çörəyi yarıya bölüb arasına bir tikə kotler, kartof, kahı doldura bilməzlər?! Ya Rəbb, bunu kim yeyir, bilmirəm”.

Xatırladaq ki, hazırda Belarusun altı şəhərində 25 “McDonald's” müəssisəsi fəaliyyət göstərir. Lakin şirkət  ölkəni tərk edəcək. Onun əvəzinə isə yerli brend – “Вкусно – и точка” restoranlar şəbəkəsi fəaliyyətə başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!