Yapon cütlüklərin qeyri-adi tanışlıq üsulu

saytların hazırlanması

Evə çatdırılma

Yapon cütlüklərin qeyri-adi tanışlıq üsulu

Maraqlı

11 Sentyabr 2026 15:52 114


Yaponiyada aparılan son sosioloji araşdırmalar gənclərin ailə qurma meyllərində və tanışlıq üsullarında ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. Məlum olub ki, ölkədə evlənən və ya ciddi münasibətdə olan cütlüklərin təxminən 10 faizi məhz video oyunlar və virtual platformalar vasitəsilə bir-biri ilə tanış olur.

“Yeni Sabah” xəbər verir ki, tədqiqatçıların qənaətinə görə, sıx iş qrafiki və gərgin həyat tərzi səbəbindən ənənəvi sosial mühitlərdən uzaqlaşan yapon gəncləri üçün onlayn oyunlar əsas sosiallaşma məkanına çevrilib. Xüsusilə çoxistifadəçili (MMORPG) və kooperativ oyunlarda komanda şəklində addımlamaq, ümumi məqsəd uğrunda birgə mübarizə aparmaq iştirakçılar arasında emosional bağların və etibarın yaranmasını sürətləndirir.

Ekspertlər bildirirlər ki, ənənəvi tanışlıq tətbiqləri və ya görüşlərlə müqayisədə video oyunlar gənclərə hər hansı sosial təzyiq hiss etmədən, ortaq maraqlar əsasında daha təbii və səmimi ünsiyyət qurmaq imkanı verir. Dominos pizza

Bu göstərici rəqəmsallaşma dövründə video oyunların artıq sadəcə əyləncə vasitəsi olmadığını, həm də cəmiyyətin sosial strukturuna və ailə modelinə birbaşa təsir edən mühüm platformaya çevrildiyini sübut edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!