Yaponiyada güclü zəlzələ - 6.3 bal

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada güclü zəlzələ - 6.3 bal

Dünya

05 May 2023 11:51 676


Yaponiyanın İşikava sahillərindəki Noto yarımadasında zəlzələ baş verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb. 

Zəlzələ 6.3 bal gücündə olub. Yerli vaxtla saat 14:42-də 10 kilometr dərinlikdə baş verən təkandan sonra bölgədə sunami xəbərdarlığı olmayıb. 

Şiddətli silkələnmə bütün sahilyanı ərazilərdə, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub. 

Məlumata görə, zəlzələ Yaponiya dənizi (Şərq dənizi) sahillərindəki Niiqata, Toyama və Fukui şəhərlərində də hiss olunub./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!