Yardımlıda açıq ərazidə yanğın oldu   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yardımlıda açıq ərazidə yanğın oldu - VİDEO

Hadisə

18 Sentyabr 2026 23:43 78


Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. pizza mizza

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!