Yaşıl çayın inanılmaz faydası üzə çıxdı - Ömrü neçə il uzadır?

saytların hazırlanması

Evə çatdırılma

Yaşıl çayın inanılmaz faydası üzə çıxdı - Ömrü neçə il uzadır?

Sağlamlıq

10 Yanvar 2020 08:29 1794


Çinli alimlər yaşıl çay ilə bağlı maraqlı faktlar aşkarlayıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, həftədə ən az üç dəfə yaşıl çay içməyin insan ömrünü uzatdığı və ölüm riskini azaltdığı məum olub.

100 min insanın iştirakı ilə 7 il müddətində aparılan tədqiqatın nəticələrinə görə, hər gün yaşıl çay içən 50 yaşındakı bir insanın çay içməyənlərə nisbətən 1,26 il daha çox yaşadığı sübut olunub. 

Həmçinin yaşıl çaydan istifadə edənlərin ürək xəstəliklərinə yaxalanma və iflic keçirmə ehtimalının 20% azaldığı müşahidə olunub.

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!