Yeni virus tapıldı -   Bu heyvandan insana keçir

saytların hazırlanması

Evə çatdırılma

Yeni virus tapıldı - Bu heyvandan insana keçir

Dünya

10 Sentyabr 2026 13:43 81


Çində alimlər gənə vasitəsilə insanlara keçən yeni virus aşkarlayıblar.

“Yeni Sabah” xəbər verir ki, alimlər virusu “Asian longhorned tick nairovirus” (ALTNV) adlandırıblar. Araşdırma zamanı gənə təması olan və qızdırma şikayəti ilə xəstəxanaya müraciət edən 3 163 nəfər müayinə olunub.

Onların 10,4 faizində ALTNV infeksiyası müəyyən edilib. Virusa yoluxanlarda əsasən güclü halsızlıq, mədə-bağırsaq problemləri, trombositlərin azalması və qaraciyər fermentlərinin yüksəlməsi müşahidə olunub. pizza

Araşdırmanın diqqətçəkən nəticələrindən biri ALTNV-nin təkbaşına aşkarlandığı xəstələrin hamısının sağalması olub. Lakin ALTNV ilə Dabie bandavirusun eyni vaxtda aşkarlandığı 38 xəstədən 7-si həyatını itirib. Alimlər ölüm hallarının yalnız ALTNV ilə əlaqələndirilə bilməyəcəyini, ağırlaşmaların iki virusun birlikdə olduğu xəstələrdə baş verdiyini vurğulayıblar.

Tədqiqat çərçivəsində Çinin 15 əyalətindən toplanan 47 428 gənə də araşdırılıb. Onların 1,29 faizində ALTNV-nin genetik materialı aşkarlanıb. Virusun xüsusilə Asiya uzunbuynuzlu gənəsində (Haemaphysalis longicornis) daha çox rast gəlindiyi müəyyənləşdirilib.

Laboratoriya sınaqları zamanı həmin gənə növünün virusu müxtəlif həyat mərhələlərinə və yumurtalarına ötürə bildiyi, həmçinin siçanlara yoluxdura bildiyi müəyyən olunub.

Alimlər gənə mənşəli xəstəliklərin geniş yayıldığı bölgələrdə ALTNV ilə digər virus infeksiyalarının düzgün ayırd edilməsinin vacib olduğunu bildiriblər.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!