Yeni “Xiaomi” modelləri ilə bağlı gözlənilməz detal: 2 günə açıqlanacaq   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Yeni “Xiaomi” modelləri ilə bağlı gözlənilməz detal: 2 günə açıqlanacaq - FOTO

Rəqəmsal

21 Sentyabr 2026 22:45 102


Yeni telefon almağı planlaşdıranların diqqətini çəkəcək yeniliklərdən biri də “Xiaomi”nin yeni flaqman seriyasıdır. Şirkət yeni modellərin təqdimat tarixini və əsas texniki xüsusiyyətlərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Çinin texnologiya şirkəti “Xiaomi” yeni “Xiaomi 18 Pro” seriyasının sentyabrın 23-də keçiriləcək payız təqdimatında nümayiş etdiriləcəyini açıqlayıb. Şirkətin açıqladığı məlumatlara görə, “Xiaomi 18 Pro” və “Xiaomi 18 Pro Max” modellərində eyni prosessor, ekran texnologiyası və kamera sistemi olacaq. Hər iki telefon daha yüksək sürət və enerji səmərəliliyi vəd edən 2 nanometrlik yeni nəsil prosessorla təchiz ediləcək.

Kamera bölməsində isə “Leica” ilə hazırlanmış sistemə yer veriləcək. Telefonlarda əsas kamera və periskop telefoto kamera olmaqla iki 200 meqapiksellik sensorun olması gözlənilir. Seriyanın digər yeniliyi ekran olacaq. Telefonlar yeni nəsil M11 Super Pixel paneli ilə təqdim ediləcək. Ekranın kənarındakı çərçivələrin qalınlığı isə cəmi 0,99 millimetr olacaq. pizza sifarişi

Batareya tutumu da diqqət çəkir. Yeni texnologiya ilə hazırlanan batareyalarda 32 faiz silikon tərkibindən istifadə ediləcək. Məlumata görə, “Xiaomi 18 Pro” 7000 mAh, “Xiaomi 18 Pro Max” isə 8500 mAh tutumlu batareya ilə satışa çıxarılacaq.

Modellərin bütün xüsusiyyətləri və qiymətləri sentyabrın 23-də keçiriləcək təqdimatda açıqlanacaq.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!