Payızda məktəblər bağlanacaq? - Nazirdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Payızda məktəblər bağlanacaq? - Nazirdən AÇIQLAMA

Sosial

27 İyul 2022 12:33 1383


Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirindən danışıb. 

“Report”un xəbərinə görə, o, 2021-2022-ci tədris ilində dərslərin dayandırılmadığını xatırladıb.

“Əgər koronavirusa yoluxma artarsa oxşar model yeni tədris ilində də tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”, - nazir vurğulayıb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!