YOXLAMA BAŞLADI: Pullar belə bölüşdürülüb...

saytların hazırlanması

Evə çatdırılma

YOXLAMA BAŞLADI: Pullar belə bölüşdürülüb...

Sosial

18 Fevral 2026 13:04 46116


Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzulardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov ətrafında baş verən proseslərdir. Məlumatlara görə, onun fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Rəsmi qurumlardan hələlik açıq bəyanat verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyirlər.

“Yeni Sabah” Modern.az-a istinadən bildirir ki, təftiş prosesi yeni başlamayıb, əksinə, uzun müddətdir aparılan araşdırmaların nəticəsi kimi indiki mərhələyə keçilib. Bu isə məsələnin çox ciddi olduğunu göstərir.

İddialara əsasən, yoxlamalar zamanı iri həcmli yeyinti faktları aşkarlanıb. Söhbət təkcə bir və ya iki layihədən getmir. Rayonlar üzrə yol tikintisinə rəhbərlik edən şəxslərin fəaliyyəti də ayrıca araşdırılır. Mərkəzi Aparatla yanaşı, yerli strukturların da təftişə cəlb edilməsi prosesin hansı miqyasda olduğunu göstərir. Toyuqlu pizza

Mənbə bildirir ki, bəzi bölgələrdə həyata keçirilmiş yol layihələri ilə bağlı sənədlərdəkilərlə real vəziyyət arasında ciddi uyğunsuzluqlar var. Xüsusilə kənd yollarına ayrılan vəsaitlərin xərclənməsi diqqət mərkəzindədir.

Ən çox müzakirə doğuran məsələlərdən biri də təmir edilmiş yolların en və qalınlıq göstəriciləri ilə bağlıdır. İddialara görə, bir sıra hallarda yolların eni faktiki olaraq azaldılıb. Halbuki təmirdən əvvəl həmin yolların daha enli olduğu yerli sakinlər tərəfindən də təsdiqlənir. Sənədlərdə isə en göstəricilərinin əvvəlki kimi saxlanıldığı qeyd olunur. Bu isə kağız üzərində hər şeyin qaydasında, reallıqda isə fərqli mənzərənin olduğunu deməyə əsas verir. Eyni iddialar asfalt örtüyünün qalınlığı ilə bağlı da səsləndirilir.

Mütəxəssislər bildirirlər ki, yol tikintisində hər santimetr en və hər millimetr qalınlıq ciddi maliyyə göstəricisidir. Əgər layihədə nəzərdə tutulan parametrlər azaldılıbsa, bu, yüz milyonlarla manat vəsait fərqi yarada bilər. Bu fərqin isə hara yönləndirildiyi əsas sualdır. İddialara görə, məhz bu istiqamətdə aparılan maliyyə təhlilləri ciddi yeyinti mexanizmlərini üzə çıxarıb. Qeyd olunur ki, bəzi podrat müqavilələri də yenidən araşdırılır. Tender prosedurlarının şəffaflığı da sual altındadır.

Verilən məlumatlarda o da bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxilində bir neçə yüksək vəzifəli şəxs artıq istintaqa cəlb olunub. Hətta keçmiş sədrin sabiq müavinlərinin də prosesə daxil edildiyi iddia olunur. Bu isə məsuliyyətin komanda xarakterli ola biləcəyini göstərir. Bildirilir ki, bəzi hallarda hətta artıq üzləşmələr də keçirilib. Üzləşmələr zamanı ziddiyyətli ifadələrin ortaya çıxdığı qeyd olunur. Bu isə araşdırmaların daha da dərinləşdirilməsinə səbəb olub.

Digər maraqlı məqam media sahəsi ilə bağlıdır. İddialara görə, media ilə əməkdaşlıq və informasiya dəstəyi adı altında ciddi vəsaitlər ayrılıb. Rəsmi sənədlərdə bu vəsaitlərin ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə yönəldiyi göstərilib. Lakin həmin vəsaitlərin təyinatı üzrə xərclənmədiyini iddia edilir.

Bununla belə, vurğulanır ki, media xətti üzrə mümkün yeyinti digər sahələrlə müqayisədə daha kiçik həcmli olub. Əsas maliyyə pozuntularının infrastruktur layihələrində toplandığı bildirilir.

Kənd yollarına ayrılan vəsaitlərlə mövcud vəziyyət arasındakı ziddiyyət isə sosial narazılıq doğuran əsas məqamlardandır. Bir çox bölgələrdə yolların qısa müddət sonra yararsız hala düşməsi suallar yaradır. Əgər milyonlarla manat vəsait xərclənibsə, nəticə niyə uzunömürlü olmur?

Ekspertlər hesab edirlər ki, keyfiyyətsiz icra və texniki normativlərdən kənara çıxma halları geniş yayılıb. Bu isə həm maliyyə, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır.

Hazırda əsas diqqət istintaqın nəticəsinə yönəlib. Cəmiyyət konkret faktların və rəsmi açıqlamaların ortaya qoyulmasını gözləyir. Əgər cinayət işi rəsmiləşərsə, bu, son illərin ən səs-küylü korrupsiya proseslərindən biri ola bilər. Dövlət strukturlarında aparılan islahatlar fonunda belə araşdırmaların sistemli xarakter alması diqqət çəkir. Bu, eyni zamanda, digər qurumlar üçün də siqnal kimi qiymətləndirilə bilər.

İddiaların nə dərəcədə təsdiqini tapacağı istintaqın yekun qərarından asılıdır. Lakin artıq bir məsələ aydındır ki, proses genişmiqyaslıdır və bir neçə istiqaməti əhatə edir. Həm maliyyə sənədləri, həm texniki göstəricilər, həm də kadr qərarları araşdırılır. Prosesin necə tamamlanacağı yaxın zamanlarda bəlli olacaq.

Modern.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb.

Qurum təmsilçisi yuxarıda qeyd olunan iddialara dair bəzi nüanslarla bağlı məlumatlı olmadığını deyib.

"Sorğunuzda qeyd olunan məsələlərlə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq:

- Agentlikdə aparıldığı iddia olunan yoxlamalar barədə bildiririk ki, hər hansı yoxlama və ya araşdırmanın başlanılması, müddəti və mərhələləri həmin prosesi həyata keçirən səlahiyyətli nəzarət orqanlarının səlahiyyət dairəsinə aiddir. Bu səbəbdən Agentlik tərəfindən kənar qurumların apardığı mümkün yoxlamalarla bağlı məlumat verilməsi hüquqi baxımdan mümkün deyil.

- Təmir və yenidənqurma işləri aparılan avtomobil yollarının eninin azaldılması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Avtomobil yollarında tikinti, əsaslı təmir və yenidənqurma işləri təsdiq olunmuş layihə-smeta sənədləri əsasında, qüvvədə olan norma və standartların tələblərinə uyğun şəkildə icra olunur. Layihələrdə yolun texniki parametrləri, o cümlədən eni, hərəkət zolaqlarının sayı və digər göstəricilər müvafiq qaydada müəyyən edilir və işlər bu sənədlərə uyğun həyata keçirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif
    Keçmiş Dəvəçi rayonunda Çinarlar kəndinə çəkilmiş yolun Düz Bilici kəndindən keçən yolda Dəvəçiçayın üstündəki iki körpü keyfiyyətsiz tikildiyindən keçən ilki seldə dağıldı. Ömrünü salehə bağışladı. Adi hesablamalara görə yola ayrılmış vəsaitin yarısı mənimsənəlib. Yəqinki ciddi araşdırılacaq.
    3 months ago
  • Vüqar Məmmədov
    Salehin qaşlarina baxanda, hansı ..yuvanın quşu..olduğu məgər bəlli olmurmu?
    3 months ago
  • Vüqar Məmmədov
    Avropada övlad böyüdürlər ki, dövlətinə,xalqına xidmət etsin bizdə uşaq böyüdürlər ki, dövləti,xalqı yalamaq üçün,bunu da özlərinə ..şərəf.. bilənlər var!
    3 months ago
  • nata
    yaxşi oldu o geder pullari yol tikinti idareləri rayonlarda olan reyslər çox xercliyirdilar siyazan balaxani adlarini cəkməye gorxmuram onlarin bakida ozlərinə şadlig evləri tikib va hunde restoranıarda xanim cagirib pullar tokublər indi ose uerləri gorsanacak
    3 months ago
  • RAHIM
    ELƏ BİR MƏMUR VARMI Kİ VƏZİFƏYƏ QƏBUL OLUNANDA XALQINA, DÖVLƏTİNƏ LƏYAQƏTLƏ XİDMƏT EDƏCƏYİNƏ XALQI QAR. ISINDA AND IÇSİN?
    3 months ago
  • ELÇİN
    Görəsən biz fəhlələr nə zaman maaş alacıq fevralın axırına az qalıb hələ biz maaş almamışıq yanvarın maaşı durur Azərbaycan avtomobil yolları dövlət agentliyinin fəhləsiyəm xahiş edirəm bizə də bir məlumat verin uşaqlar acdır evdə
    3 months ago
  • ELÇİN
    Fevralın axırına az qalıb hələ biz maaş almamışıq azərbaycan avtomobil yollarının dövlət agentliyinin fəhləsiyəm
    3 months ago
  • Əfsanə
    Bu agentliyin fəaliyyəti çoxdan araşdırılmalı idi. Necə olur ki, agentliyin bütün əməkdaşları bahalı avtomobillərlə təmin olunub. Bir agentliyə bu qədər xərc ayırmağa nə ehtiyac var. Yollarımız isə mərkəzdə belə yaman gündədi. Həsən Əliyev küçəsindəki qapaqsız kanalizasiya dəliklərinin əlindən maşın sürmək olmur. Agentliyin nümayəndələri isə ən bahalı həyat tərzi yaşayır. Tanımasam demərəm. Bəsdir xalqın zəhməti belələrinin əlində talandı. Xalq olaraq artıq göz yummaq istəmirik belə özbaşnalıqlara.
    3 months ago