Yunanıstanda dəhşətli qəza: 32 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstanda dəhşətli qəza: 32 nəfər öldü

Dünya

01 Mart 2023 11:41 698


Ötən gün Yunanıstanda baş verən dəhşətli qatar qəzasında 32 nəfər həyatını itirib. 

Yenisabah.az Yunanıstan Dövlət Agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 85 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Rəsmilərin sözlərinə görə, paytaxt Afinadan Salonikiyə gedən qatarda təxminən 350 sərnişin olub. Hazırda qəza yerində axtarış-xilasetmə işləri davam edir.  pizza hut

Bundan əlavə, yerli hakimiyyət orqanları bu qəzanı Yunanıstanda baş verən son illərin ən ölümcül qatar qəzası adlandırıb.

“Hazırda faciə yaşayırıq. İnsanları diri-diri, yaralı, ya da ölü şəkildə qatardan çıxarırıq. Hamı tapılana qədər işləyəcəyik”, - xilasetmə işlərində iştirak edən könüllülər dövlət televiziyasına danışarkən bildirib.

Şəhla AĞAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!