Şəki Ağır Cinayətlər Məhkəməsində tanışlarını döyərək öldürməkdə təqsirləndirilən Hafiz Hacıyev və Rasim Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Hacıyev 10 il 6 ay, R.Abbasov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, hadisə ötən il oktyabrın 28-də Zaqatala rayonunun Yuxarı Tala kəndində baş verib. Kənd sakinləri - Hafiz Hacıyev, İskəndər Musayev və Rasim Abbasov kənd ərazisindəki "Görüş" kafesində yeyib-içiblər. Toyuqlu pizza
Məclisdə dostlar arasında mübahisə yaranıb və dava başlayıb. Dava zamanı H.Hacıyev və R.Abbasov İskəndər Musayevi döyüblər. Hadisə nəticəsində xəsarətlərlə xəstəxanaya yerləşdirilən İ.Musayev bir həftə sonra xəstəxanada ölüb./oxu.az
Telegram kanalımız