“Zaur Kamalın etdiyində qanun pozuntusu yoxdur“ - Aparat rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Zaur Kamalın etdiyində qanun pozuntusu yoxdur“ - Aparat rəhbəri

Şou

02 İyul 2022 11:01 4402


ARB telekanalında Zaur Kamalın müəllifi olduğu "Həmin Zaur" verilişində əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovması əksər izləyicilərin etirazına səbəb olub.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov hesab edir ki, burada qanun pozuntusu faktı yoxdur.

“Bu aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur. Əgər qanun pozuntusu olsaydı, monitorinq qrupumuz onu qeydə alıb, bizə bildirərdi. Həmin məqam cəmiyyətin narazılığına səbəb ola bilər, amma istənilən halda burada norma xaricində bir şey yoxdur”, - deyə Aparat rəhbəri müzakirələrə səbəb olan olaya münasibət bildirib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Qədim
    Atı atın yanında bağlasan həm rəng olmasada həmxasiyyət olacaq. At incə mənada yazılıb. Başqa...........yazmaq olardı. Biz insanlara hörmətlə yanaşırıq.
    4 years ago