Zaurlar daha efirdə olmayacaq -   Verilişləri bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Zaurlar daha efirdə olmayacaq - Verilişləri bağlandı

Şou

18 Mart 2026 12:22 841


Azərbaycan televiziyalarında yayımı dayandırılan verilişlər siyahısında Zaur Kamalın ARB-də efirə gedən “Həmin Zaur”, Zaur Nəbioğlunun və Zaur Baxşəliyevin ATV-də yayımlanan “Rəngarəng” və “Bizimləsən” verilişləri də var.

“Yeni Sabah” xəbər verir ki, onlar adıçəkilən verilişlərlə ötən gün sonuncu dəfə tamaşaçı qarşısına çıxıblar.

Proqramları dayandırılan hər üç aparıcınınn adının Zaur olması sosial mediada müzakirələrə səbəb olub. Sezar pizza

Ümumiyyətlə, aparıcıların hər üçü efirdə etdikləri davranışlara görə tez-tez gündəmə gəlirdilər. Zaur Kamal və Zaur Nəbioğlunun efirə çağırdığı qonaqlara qarşı alçaldıcı davranışları diqqətlərdən yayınmırdı. Zaur Baxşəliyevin isə “Bizimləsən” verilişinə qatılan kasıb və təhsilsiz adamları lağ hədəfinə çevrilməsi hər zaman sosial mediada ciddi narazılıqlara səbəb olurdu.

Qeyd edək ki, son vaxtlar efirlərdə aşağı səviyyəli və etik normaların pozulması ilə bağlı gedən müzakirələr, efirin həddən artıq bayağılaşması ciddi narazılıqlara səbəb olub. Bununla bağlı bir neçə verilişin yayımı dayandırılıb. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim Aliyev
    AXIRKİ HAQQ ƏDALƏT YERİNİ TAPDI. GÖRƏSƏN BU MÜVƏQQƏTİ GÖRÜNTÜDÜR? ADAM HEÇ İNANMIRKİ ÖLKƏDƏ BELƏ QƏRAR VERƏNLƏR VAR. HƏMİŞƏ KAMPANİYA OLURDU.
    2 months ago