Zaxarova Makronu ələ saldı

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova Makronu ələ saldı

Dünya

06 İyul 2023 14:54 1073


Bizi nadir hallarda təəccübləndirmək olar, amma bəzən Fransa prezidenti Emmanuel Makron bundan çoxuna nail olur.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib: "İyunun 28-də Marseldə Makron bəyan edib ki, Azərbaycan Prezidenti Əliyevə Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyana nisbətən daha çox təzyiq edir. ÜStəlik, Qarabağ məsələsi ilə bağlı dəqiq mövqeyi olan yeganə şəxsdirvə o, demək olar ki, təkbaşına bu mövzunu dünya birliyinin gündəmində saxlayır. pizza sifarişi

Bu cür bəyanatlardan sonra prezident Makronun təvazökarlığının cəsarətindən sonra ikinci yerdə olduğu hissi yaranır. Təbii ki, Fransa prezidentinin şəxsi rolu, Qarabağ münaqişəsinin nizamlanmasındaxidmətləri və digər məsələlərlə bağlı pafosla danışması bizləri daim təəccübləndirir. Çox heyf ki, o, belə səmərəli işin əməli nəticələrindən danışmadı. Proses var, amma nəticə yoxdur. Bəlkə də bunu bilərkdən demədi, çünki bu nəticələri heç kim görməyib.

Yeri gəlmişkən, təkcə Fransanın Qarabağ nizamlanması üzrə vasitəçiliyində deyil, prezident Makronun dəfələrlə üzərinə götürdüyü bir çox başqa işlərdə də heç kim bu nəticələri görməyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!