Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.
Yenisabah.az Belarusun rəsmi BelTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Lukaşenkonun özü məlumat verib.
O, səfərin 24 mayda baş tutacağını açıqlayıb. Səfər çərçivəsində Belarus prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirəcək. Sezar pizza
"Həll edilməmiş məsələləri müzakirə etmək üçün çərşənbə günü Moskvada Putinlə görüşəcəyəm", - o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Lukaşenkonun zəhərləndiyinə dair iddialar ortaya atılmışdı.
Telegram kanalımız