Zəhra Pezeşkian – İran Prezidenti Məsud Pezeşkianın qızı informasiya başlıqları və foto-video xronikalardan itib.
“Yeni Sabah” xəbər verir ki, avqustun 13-də, uzun fasilədən sora onun ötəri görüdüyü ilk foto peyda olub.
Buna qədər seçki marafonundan tutmuş prezidentliyinin ilk və sonrakı illərində o daim atasını müşayiət edib. Hətta bəzi xarici səfərlərdə Məsud Pezeşkianla birlikdə olub. O cümlədən Çin, Qazaxıstan və Azərbaycan Respublikasına rəsmi dəvətlərdə xanım Pezeşkian sanki Birinci xanım statusunu nümayiş etdirib. Sezar pizza
Doğrudur, Qazaxıstana səfəri sonradan şayiələr və bəzi iddialar üçün əsas yaradıb. Zəhra Pezekianın əri ilə birgə bir mədəniyyət mərkəzində iştirakını əks etdirən video və fotolar sosial şəbəkələrdə yayımlandıqdan sonra əsassız ittihamlara səbəb olub.
Bundan sonra o, Bakıda “Rəqəmsal Məkanda Uşaqların Müdafiəsi” adlı beynəlxalq konfransında İranı təmsil və İslam Respublikası nümayəndə heyətinə rəhbəri edib.
Bundan sonrakı dövrdə, xüsusilə, ABŞ-İsraillə 40 günlük müharibə və 60 günlük atəşkəs rejiminin pozulduğu müddətdə Zəhra Pezeşkianın Prezident atası ilə yanaşı durmasına şahidlik edən yoxdur. Odur ki, avqustun 13-də İslam Respublikası banisinin nəvəsi ilə Camaranda keçirilən görüşdə çəkilən foto xanım Pezeşkianın son 8 ayda ilk görüntüsüdür.
Nazim Hacıyev
Telegram kanalımız