Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir

Dünya

12 İyul 2026 16:31 64


Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetində kadr dəyişikliklərinin aparılacağını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, dəyişikliklər çərçivəsində hazırkı Baş nazir Yuliya Sviridenkonun başqa vəzifəyə keçirilməsi nəzərdə tutulur.

Zelenski Sviridenkoya Baş nazir vəzifəsində aydın, sabit və səmərəli fəaliyyətinə, eləcə də Ukrayna komandasında uzun illər gördüyü nəticəli işlərə görə təşəkkür edib. Dördpendirli pizza

Ukrayna Prezidenti bildirib ki, Sviridenkoya ölkənin əsas tərəfdaşlarından biri ilə münasibətlərdə yeni və mühüm istiqamətə rəhbərlik etməyi təklif edib. Lakin onun hansı vəzifəyə təyin olunacağı hələ açıqlanmayıb.

Zelenski hökumətdə müvafiq dəyişikliklərin parlament üzvləri ilə birlikdə həyata keçiriləcəyinə ümid etdiyini deyib. O, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərliyində də dəyişikliklərin olacağını açıqlayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!