Ukrayna prezidenti Volodimir Zelenski hərbi rəhbərliyin toplantısını keçirib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında yazıb.
“Ali Baş Komandan Qərargahının iclasını keçirdim. Biz cəbhədəki vəziyyəti müzakirə etdik. Eləcə də Donetsk vilayəti və cənubdakı vəziyyəti ayrıca təhlil olundu. Təcavüzkarın yaxın gələcəkdə ehtimal olunan hərəkətləri ilə bağlı məlumatlar da toplantıda açıqlandı. pizza sifarişi
Biz düşmənin yeni raket zərbələri hazırlayacağını diqqətdən kənarda qoymuruq, ona görə də ən təsirli əks-tədbirləri hazırlayırıq. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin döyüş sursatı ilə təmin edilməsinə və taktiki səviyyədə komandirlərin hazırlanmasına da diqqət yetiririk. Qələbə bizim olacaq!” – deyə Ukrayna prezidenti qeyd edib.
Telegram kanalımız